SALAM Tourism & Travel işçi axtarır - VAKANSİYA
“SALAM Tourizm & Travel” Gəlmə (incoming) turizm üzrə satış mütəxəssisi vəzifəsinə vakansiya elan edir:
Əsas tələblər:
• Ali təhsil (Turizm sahəsi üzrə üstünlükdür);
• Kompüterdə sərbəst işləmək bacarığı (MS Office programları, Internet, MS Outlook, və s.),
• İngilis dili və ya rus dili üzrə səlis yazı və işgüzar danışıq bacarığı,
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti,
• Turizm sahəsində ən az 2 il iş təcrübəsi,
• Məsuliyyətli, işgüzar və problemləri həll etmək bacarığının olması
Vəzifə öhdəlikləri:
• Xaricdən gələn qonarların qarşılanıb və yerləşdirilməsinin təmin edilməsi
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
• Mövsümə və tələbə uyğun fərdi və qrup turlarının hazırlanması, bununla bağlı müvafiq, hesablamaların aparılması,
• Turların maraqlı olması üçün yeni ideyaların hazırlanması,
• Otellərin bronlaşdırılması, otellərlə müqavilələrin yenilənməsi,
• Yeni müştəri bazasının axtarılması, xarici şirkət və turistlərin cəlb edilməsi,
• Səfər proqramlarının gedişatına nəzarət edilməsi və s.
• Elektron ünvana gələn məktubların vaxtında və çevik formada cavablandırması,
• Viza müraciəti üçün sənədlərin hazırlanması və anket formalarının doldurulması,
• Müdriyyətin tapşırıqlarının vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi,
Şəxsi keyfiyyətlər:
• Dürüst, diqqətli,detallara fikir verən
• Aktiv, çevik və özünü daim inkişaf etdirən
• Məsuliyyətli, işgüzar və problemləri həll etmək bacarığı olan
İş qrafiki : 6 iş günü, istirahət günü- bazar günü
Əmək haqqı: razılaşma yolu ilə
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə “Gəlmə (incoming) turizm üzrə satış mütəxəssisi ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 10 dekabr 2019