Elm və Texnologiya

Samsung təkrar Çinə qayıdır: Telefonlar ucuzlaşa bilər

Samsung ötən həftələrdə Çində yerləşən zavodunu bağlamışdı. Bu gün aşkarlanan məlumatlara əsasən nəhəng şirkət ümumi istehsalın 5-də 1-ini Çinə köçürmək niyyəti var. Buna isə əsas səbəb telefonların istehsal maliyyətin azaltmağa çalışmasıdır. Xiaomi və Huawei kimi çinli şirkətlərin bazarda üstünlüyü Samsung-un da rəqabət ortamına ayaq uydurmağa çalışması üçün Çində yeni zavodlar açmasına səbəb olacaq kimi görünür.  

Reuters tərəfindən yayılan məlumatlara əsasən Xiaomi,Huawei,Oppo və LG şirkətlərinin telefonlarını istehsal edən Çin əsilli Wingtech şirkəti ilə Samsung müqavilə bağlayacaq.

        Bağlanan müqavilə nəticəsində 60 milyon Samsung telefonu Wingtech tərəfindən istehsal ediləcək və bunların əsas hissəsi Galaxy A seriyası modellər olacaq. Bu istehsal nəticəsində WingTech şirkəti Vietnamdakı fabriklərə nəzərən 30% daha ucuza baş verəcəyi deyilir. Qısaca gələn ildən etibarən Galaxy A seriyasını daha ucuz görə biləcik 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)