Sənaye

Daha bir SOCAR-da sıxılmış təbii qaz satılacaq

Avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün addımlar atılır. Yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür.

“Azəriqaz”ın yaydığı məlumatda bildirilir ki, noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün sabah bu gün 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)