Bank

Kredit kartını hansı banklardan online sifariş etmək olar? – SİYAHI

ENA.az xəbər verir ki, Banker.az saytı hansı banklarda kredit kartlarını online sifariş etmək mümkün olduğunu araşdrbı. Aşağıda göstərilmiş banklarda kredit kartlarını online müraciət etmək olar.

AtaBank – Bankın kredit kartları 37 günlük faizsiz kreditdən yararlanmaq imkanı verir. Kreditin məbləği: 500 AZN-dən 10 000 AZN-dək, Kreditin müddəti: 12 ay, İllik faiz dərəcəsi: 28% , Kreditin təminatı: 1 nəfər fiziki şəxsin zaminliyi, Sabit aylıq gəlir: 300 AZN-dən başlayaraq, İş təcrübəsi: Minimum 1 il (son iş yerində 6 ay). Tələb olunan sənədlər üçün borcalan və zaminin şəxsiyyət vəsiqəsi, borcalan və zaminin iş yerindən arayışı lazımdır. Online kredit kartı sifarişini buradan https://atabank.com/az/online-bank/credit-order etmək olar. Kredit kartı Visa Classic/Mastercard Standard nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bank – Tam kart Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi, 2 fərqli hesabı bir kartda idarəetmə imkanını təqdim edən çox funksiyalı taksit / kredit kartıdır. Kart özündə debit və taksit / kredit kartlarının funksiyalarını birləşdirir. Müştəri www.tamkart.az saytına onlayn müraciət edərək, 8937 qısa nömrəsinə kartın son 8 rəqəmini SMS vasitəsilə göndərməklə və ya Azərbaycan Beynəlxalq Bankının filiallarına yaxınlaşaraq əldə edə bilər. Bu linkə keçid alaraq ətraflı məlumat əldə edə bilərsiniz: https://tamkart.az/


Azər Türk Bank – Minimal rəsmi gəlir 500 AZN olmalıdır. Əgər şərtlər uyğun gələrsə, qeyd etdiyimiz linkdə “Kredit kart sifarişi” bəndini seçərək, online müraciət yollaya bilərsiniz. Müraciət daxil olduqdan sonra, 3 iş günü ərzində, kredit mütəxəssisi müştərilərlə əlaqə saxlayıb, daha dəqiq və ətraflı məlumat təqdim edəcəkdir. Bu linkə daxil olub kredit kart barədə məlumat əldə edə bilərsiniz: http://azerturkbank.az/loans/creditcards/info/ Bu linkdə kartın növü kimi ya adi kredit kart, ya da 65 günlük güzəştli kredit kartı seçirik.


Bank Respublika –  Kredit kartı, rəsmi gəlirdən asılı olaraq təklif olunur. Tələb olunanlar siyahısına iş yeridnən arayış ( elektron arayış keçərlidir ), Əmək haqqı kartı üzrə, min. 6 ay üçün çıxarış, şəxsiyyət vəsiqəsi daxildir. Baki filialları üçün Minimal əmək haqqı 500 AZN təşkil etməlidir. Sayta daxil olan zaman, ” Kreditin növü ” yerinə, ” Kredit kartını ” seçmək lazımdır. “PayKart Kredit” kartını əldə etmək üçün Bankın istənilən ofisinə müraciət etmək və ya bu https://www.paykart.az/page/23 linkdəki ərizə formasını doldurub göndərmək kifayətdir. Bank Respublikanın plastik kartlarının əsas üstünlüklərindən biri kartla 500 – 10 000 manat məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanıdır. Bank istifadə müddəti 1 il olmaqla müştərilərə 45 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Sifariş etmək üçün link: https://www.bankrespublika.az/content/az/24.


Bank VTB – Kredit kartını online sifariş etmək üçün tələblər: Kredit kartın məbləği 300 AZN-dən 10 000 AZN-ə qədər təşkil edir. 5000 AZN-ə qədər olan sorğulara Visa Classic/Mastercard Standart, 5000 AZN-dən yuxarı sorğularda Visa Gold/Mastercard Gold, 7000 AZN-dən yuxarı sorğularda isə Visa Platinum təqdim edilir. 5000 AZN-dən yuxarı məbləğ yüksək vəzifələrdə çalışan şəxslərə təqdim olunur – zamin tələb olunur. Orta və aşağı vəzifəli şəxslər üçün 1500 AZN-dən yuxarı sorğuda zamin tələb olunur. Komissiya haqqı 1% minimum 20 AZN təşkil edir. Qeydiyyat və iş yeri Bakı ş., Abşeron r.-nu, Xırdalan ş., Sumqayıt şəhəri olmalıdır. Kart Azərbaycan Respublikası vətəndaşlarına təqdim olunur. Kişilər üçün yaş həddi 21-65, qadınlar üçün 21-60 təşkil edir. Ümumi staj 1 il, son iş yerində 6 ay olmalıdır. Qeydiyyat Bakı ş., Abşeron r.-nu, Xırdalan ş., Sumqayıt şəhəri olmalıdır. Qeydiyyat rayona və yaxud digər şəhərə olduqda, Bakı ş., Abşeron r., Sumqayıt ş., Xırdalan ş.- də öz adınıza və yaxud atanızın, ananızın, həyat yoldaşınızın, övladlarınızın adına mənzil və ya ev olsun. Həmin evin və ya mənzilin çıxarışı, orderi, texniki pasportu, tikiliş üçün icazəsi olan sənədlərdən hər hansısa biri, alqı-satqı müqaviləsi və yaxud da kommunal ödənişlər üzrə olan son ödəniş qəbzi təqdim olunmalıdır. Linkə daxil olaraq, sifariş edə bilərsiniz: http://vtb.az/application_for_credit/


Expressbank – „Expresso” və „Smile” kartlarını online sifariş etmək olar.
„Expresso” kartı həm debit, həm də kredit funksiyalı universal kartdır. Online sifariş etmək üçün bu linkə daxil olmaq lazımdır. https://www.expressbank.az/cards/expressohttps://www.expressbank.az/cards/smilecard


Kapital Bank –  BirKart Miles və BirKart CashBack kredit kartlarını online sifariş etmək mümkündür. Linkə daxil olmaqla müştərilər sifariş edə bilərlər. Link: https://kapitalbank.az/online-order/card Müştərilərlə əlaqə saxlanılıb məlumatlar təsdiq edildikdən 4 iş günü sonra (regionlarda 14 gün) kartı qeyd etdiyiniz filialdan əldə edə bilərsiniz.


NBCbank – Maxi Card kredit kartı mövcuddur. Kredit xəttinin məbləği 500-2000 manatadək, illik 0 %,bank xərci istifadə olunan məbləğə görə 6 aylıq ödəniş zamanı 6 % hesablanır, 12 aylıq ödəniş seçsəniz 12 % tutulur ( online, pos-terminal ilə ödəniş və ya nəğdləşdirmə zamanı). Bu kartla bütün POS-terminal quraşdırılmış obyektlərdə ödəniş etmək mümkündür, eləcə online alış-veriş və nəğd vəsaitin çıxarılması üçün də keçərlidir. Bu karta pul mədaxil edərək, depozit kartı kimi də istifadə edə bilərsiniz. İllik 3 % gəlir əldə edəcəksiniz. Qeyd olunan link üzərindən online MAXİ CARD müraciətinizi göndərə bilərsiniz https://www.nbcbank.az/maxiclub/kartin-sifarisi/


Nikoyl Bank – 35 günədək güzəşt müddəti olan kredit kartlarını onlayn sifariş edib və 1 günə kredit almaq mümkündür. Şərtlər bunlardır: Məbləğ – 300-30 000 AZN, müddət – 6-36 ay, ATM vasitəsilə nağdlaşdırmaya görə komissiya – 1-1.5%, Illik nominal faiz dərəcəsi – 22%-dən başlayaraq, Güzəşt müddəti (grace period) – 35 günədək, Minimal aylıq ödəniş üsulu – hesablanmış aylıq faiz və əsas borcun 5%-i, Zaminlik tələbi – 7500 AZN-dək zaminsiz. Link – https://www.nikoil.az/az/card/14/credit-card-with-grace-period


Rabitəbank – Kredit kartın online sayt vasitəsi ilə sifarişi mümkün deyil. Yazılı şəkildə məlumatı online şəkildə təqdim edərək kredit kartın sifarişi üçün müraciət edə bilərsiniz.Online kredit kartın sifariş olunması ilə bağlı müraciət edə bilərsiniz. Kredit xətti üzrə maksimum 5 000 AZN-dək vəsaitin ayrılması nəzərdə tutulub. Kredit xəttini istənilən vaxt həm nağd, həm də nağdsız istifadə edə bilərsiniz. Aylıq gəlir minimum 400 AZN (vergi xaric) təşkil edilməlidir. Kredit kartından istifadə etdiyiniz zaman ayın tarixindən asılı olmayaraq 30 gün ərzində 0% faiz hesablanır, 31-ci gündən etibarən məbləğin üzərinə illik 29% hesablanmağa başlayır. Cari iş yerində staj minimum 4 ay, ümumi isə fasiləsiz minimum 6 ay nəzərdə tutulub. Faiz dərəcəsi yalnız istifadə edilmiş məbləğə tətbiq edilir, nəticədə kredit xəttinin istifadə edilməmiş məbləğinə faiz hesablanmır. Kredit xətti üzrə Banka ödənişlərini sərbəst qrafik üzrə həyata keçirə bilərsiniz (müqavilə 1 il müddətinə bağlandığı üçün istifadə olunmuş vəsait tam olaraq 1 il müddətinə ödənilməlidir).


Unibank – Əgər müştərilərin son 6 ayda rəsmi iş yeriniz və 100 AZN-dən başlayan rəsmi gəliriniz mövcuddursa, onlayn müraciət etmək mümkündür. Link: https://onlineservices.unibank.az/OnlineAlbaliOrder/


YapıKredi Bank Azərbaycan – Worldcard əldə etmək üçün gəlirinizi təsdiq edən sənəd (iş yerinizdən arayış, elektron arayış yaxud da əmək haqqı hesabından son 12 ayın çıxarışı) və şəxsiyyət vəsiqəsi ilə istənilən Yapı Kredi Bank filialına müraciət edə bilərsiniz. Müraciət üçün minimal əmək haqqı 250 AZN təşkil etməlidir. Mövcud iş yerində minimal 12 ay iş təcrübəsi olmalıdır. Hər 3 kart eyni funksiyaları daşıyır. Fərq illik ödənişdədir və ölkə xaricində edilən alış-verişlərdə. Gold kartla ABŞ, Rusiya Türkiyə və Dubayda 100 AZN və üzəri alış-veriş etdiyiniz zaman 3 hissəyə bölünür. Platinum kartla isə bütün ölkələrdə 100 AZN və üzəri alış-veriş etdiyiniz zaman 3 hissəyə bölünür. Classic kart ödənişsizdir, Gold kartın illik ödənişi 25 AZN, Platinum kartın isə 150 AZN təşkil edir. Aşağıdakı keçiddən istifadə edərək online kart sifarişi verə bilərsiniz. https://www.yapikredi.com.az/az/worldcard-sifarisi

                         Kredikartlarını online sifariş edə biləcəyimiz banklar
Banklar   Kartın növləri Kredit kartı sifarişi linkləri
Accessbank   –   –  – 
AFB bank  –  –  –
AgBank  –  –  –
Amrahbank  –  –  –
AtaBank  + Visa Classic/Mastercard Standard  atabank.com/az/online-bank/credit-order
Azərbaycan Beynəlxalq Bankı    +     Tamkart Classic
Tamkart Gold
Tamkart Platinum
Tamkart Premium
https://tamkart.az/
Azərbaycan Sənaye Bankı  –  –  –
Azər-Türk bank  + MasterCard Standart / VİSA Classic
MasterCard Gold / VİSA Gold
MasterCard Platinum / VİSA Platinum
azerturkbank.az/loans/creditcards/info/
Bank Avrasiya  –   –  –
Bank of Baku  –  –  –
Bank BTB  –  –  –
Bank Respublika  + PayKart Kredit
Kredit xətti
bankrespublika.az/content/az/24
Premium bank  –  –  –
Bank VTB   +    Visa
Mastercard
vtb.az/application_for_credit/
Expressbank  + Expresso
SmileCard
expressbank.az/cards/expresso   expressbank.az/cards/smilecard
 
Günaybank  –  –  –
Xalqbank  –  –  –
Kapital bank  + BirKart Miles
BirKart CashBack
kapitalbank.az/online-order/card 
Melli İran Bankı Bakı filialı  –  –  –
Muğanbank  –  –  –
Naxçıvanbank  –  –   – 
NBCBank  + Maxi Card nbcbank.az/maxiclub/kartin-sifarisi/
Nikoyl   +  Güzəşt müddəti ilə kredit kartı nikoil.az/az/card/14/credit-card-with-grace-period
Paşa bank  –  –  –
Rabitəbank  –  –  –
Turanbank  –  –  –
Unibank  + Albalı Plus onlineservices.unibank.az/OnlineAlbaliOrder/
Yapı Kredi Bank    + Worldcard Classic
Worldcard Gold
Worldcard Platinum
yapikredi.com.az/az/worldcard-sifarisi
Ziraat Bank  –  –  –
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)