Sosial iqtisadiyyat

Gələn il 300-ə yaxın binaya isti su veriləcək

“Hazırda Bakıda 300-ə qədər binaya - 50 mindən artıq mənzilə isti su verilir. İsti suyun hər kumbetrinin qiyməti 1,92 manatdır”.

ENA” xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.

Onun sözlərinə görə, adambaşına düşən norma 2 kubmetr hesablanıb. 

“Əgər insanlar sayğac qoyub isti sudan istifadə etsələr bu onlar üçün xeyirli olar. Gələn il üçün isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və bir sıra əlavə şəhərlərində 300-ə yaxın binanın da isti su ilə təminatını yaxşılaşdırmağı düşünürük. Onların arasında əvvəllər isti su ilə təmin olunmayan, həmçinin köhnə tipli qazanxanalarla təchiz olunmuş və yenilənməyə ehtiyacı olan binalar da var”, - deyə sədr müavini qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)