Bank

Azərbaycanda 16 bankın faiz xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.

Bunlar "Günay Bank", "Bank Respublika", "Unibank", "NBC Bank", "Express Bank", "Naxçıvan Bank", "Amrah Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Bank BTB", "AGBank", "Turan Bank", "PAŞA Bank" və "Muğan Bank"dır. Ən yüksək dinamika "Günay Bank"da (93%), ən aşağı dinamika isə "Muğan Bank"da (3,4%) qeydə alınıb.

Qalan 16 bankın isə faiz xərcləri illik müqayisədə azalıb. Ən az azalma "Nikoyl Bank"da (1,6%), ən çox azalma isə Pakistan Milli Bankının Bakı filialında (100%) qeydə alınıb.

 

6 bankın faiz xərcləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 20 milyon manatdan çox olub.

Həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (71,684 milyon manat), "Kapital Bank" (48,25 milyon manat), "Access Bank" (35,96 milyon manat), "PAŞA Bank" (28,452 milyon manat), "Unibank" (25,515 milyon manat) və "Bank Respublika"dır (20,941 milyon manat).

Qalan 24 bankdan 8-də faiz xərcləri 10-20 milyon manat arasında, 13 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)