Rusiya iqtisadiyyatı bu ilin ən sürətli artımını qeyd edib
Rusiya iqtisadiyyatı cari ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% artıb.
Mərkəzi Bankın faizləri ardıcıl dörd dəfə aşağı salmasının ardından Rusiya iqtisadiyyatı bu ilin ən sürətli artımını qeyd edib. İkinci rübdə iqtisadi artım illik 0.9% idi.
Rusiya Statistika Komitəsindən Pavel Malkov, "Sənaye istehsalı, mədən və topdan satış, xüsusilə də təbii qaz istehsalı üçüncü rübdə iqtisadi artımı dəstəkləyib",- deyib.