Siqaretlərin idxal qiyməti bəyannamədə ixracdan ucuzdur
Bu ilin səkkiz ayı ərzində Azərbaycana gətirilən bir qutu siqaretin orta bəyannamə qiyməti 33 sent təşkil edib. Bu, yerli tütün istehsalçılarının ixrac qiymətindən 10% ucuzdur.
Hesabat dövründə 168 125 000 qutu siqaret leqal idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, son doqquz ayda yerli tütün fabriklərində 222 190 000 qutu siqaret istehsal edilib. Yanvar-avqust aylarında 5.361.000 qutu siqaret, bir qutusu 36.8 sentdən ixrac edilib.