Belarus bankı MDB ölkələrində Visa kartlarına pul köçürmə imkan yaradıb
Belarusun “Belaqroprombank”ı müştərilərinə MDB ölkələrində Visa kartlarına pul köçürmə imkanı yaradıb. Bu barədə Belarus KİV-ləri xəbər verir.
“Köçürmələri internet bankçılıq, mobil tətbiq və məlumat köşklərində həyata keçirmək mümkündür. Valyuta Belarus rubludur. Köçürmələr üzrə komissiya 1,5% (5,49 rubldan az olmamaq şərtilə) təşkil edəcək. Azərbaycan, Rusiya, Ermənistan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Moldovaya pul köçürmələri mümkündür”, – deyə məlumatda bildirilir.
Köçürmələrin minimum məbləği 1 rubl, maksimum məbləği 1600 rubl təşkil edir. Gün ərzində maksimum 5 min rubl məbləğində 5 köçürmə həyata keçirmək olar, dörd gün ərzində limit 15 əməliyyat və ya 15 min rubl, ayda – 60 əməliyyat, maksimum 40 min rubldur.*