Bir çox vəzifəli şəxslərin WhatsApp-dan səslərinin dinlənildiyi üzə çıxıb
İsrailin dünyanın tanınmış mesenceri sayılan “WhatsApp”dan casusluq məqsədilə istifadə etdiyi bildirilib.
WhatsApp üzərindən casusluq fəaliyyətinin təşkili üçün istifadə edilən proqramın İsrailin “NSO Group” şirkətinə məxsus olduğu məlum olub.
Bu detal Whatsapp-ın iddiası əsasında “NSO Group”a qarşı aparılan istintaqın gedişində aşkarlanıb.
Messencer vasitəsilə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Pakistan, Hindistan və Bəhreyndə bir çox insanların, o cümlədən, yüksək vəzifəli məmurların telefonlarına giriş imkanı əldə edilib.
“NSO Group” isə öz növbəsində hazırladığı proqramın beynəlxalq cinayətkarlıq və terrorizmlə mübarizə məqsədilə hazırlandığını bəyan edib.