Sənaye

“Səba” ASC yeni şirkət yaradır

“Səba” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcə.

ENA.az xəbər verir ki, yığıncaq 19 dekabr 2019-cu il saat 15.00-da Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “Səba” ASC-nin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin nizamnaməsində 5-ci redaksiyada dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması barədə, müşahidə şurası barədə, səhmdar cəmiyyətin idarə heyəti barədə, səhmdar cəmiyyətin bankdan kredit götürməsi üçün müraciət edilməsi barədə, cəmiyyətin səhmdar kapitalı haqqında və yeni törəmə şirkətinin yaradılması barədə məsələlər daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)