Türkiyədə qış geyimləri - KƏSKİN BAHALAŞIB
![](https://ena.az/uploads/news/2019-11/_ena_d0bfe632f2973a0789283ae90_o.jpg)
Sentyabr ayı ilə müqayisədə Oktyabr ayında Türkiyədə qış geyimləri kəskin bahalaşıb.
"ENA" Türkiyə Statistika Komitəsinə (TÜİK) istinadən xəbər verir ki, istehlakçı qiymətləri əsasında ən çox jaketlər bahalaşıb. Kişi jaketləri 43,70%, uşaq jaketləri 40,46%, kişi paltoları 38,94%, qadın jiletləri 38,02%,qadın paltoları 33,97%, qadın çəkmələri 32,38%, kişi çəkmələri 32,18%, uşaq idman jaketləri 20,87% bahalaşıb.
Azərbaycan bazarında Türkiyə istehsalı olan geyimlər böyük paya malikdir.