Sosial iqtisadiyyat

Sabah da yağış yağacaq - HAVA PROQNOZU

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ENA.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.  

Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.  

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti olacaq. 

Bakıda temperatur gecə 8-10° isti, gündüz  11-13° isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.   

Nisbi rütubət 80-90 % olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı ehtimalı var.  

Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.  

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.   

Havanın temperaturu gecə 4-9° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department