Company: Kontakt Home
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: PR Menecer
Zəruri tələblər:
• PR və Marketing sahəsində iş təcrübəsi 3 ildən artıq olmalıdır
• Uyğun sahədə ali təhsil arzu olunandır
• Azərbaycan, rus dillərində mükəmməl bilməli, ingilis dilini bilməsi arzu olunandır
• Professional etik davranışları, vicdanlı və ədalətlilik prinsipini əsas tutmalıdır
Vəzifələr:
• Şirkətin PR və Reklam strategiyasının hazırlanması;
• PR kanallarının düzgün seçilməsi;
• PR və Reklam işlərinin aparılmasına birbaşa nəzarət;
• PR və Reklam büdcəsinin idarə edilməsi və optimallaşdırılması;
• Müstəqil şəkildə təqdimat,satışa meylli mətnlər,press-reliz, hesabat hazırlamaq və həyata keçirmək;
• Yerli reklam firmaları, jurnal və e-qəzet, o cümlədən ictimai media ilə əlaqələr yaratmaq
İş barədə məlumat
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Rəqabətqabiliyyətli əmək haqqı
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “PR Menecer” qeyd edərək ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
|