Dünyada ən bahalı - 9 BREND
İnterbrand Konsaltinq Şirkəti 2019-cu ilin ən bahalı markalarının siyahısını dərc edib.
Araşdırmalara görə, artıq ikinci ildir ki, ən sürətli inkişaf edən sektor lüks mallar və 11% artım ilə pərakəndə satış sektorlarıdır.
Interbrand mütəxəssisləri brendi qiymətləndirmək üçün onun maliyyə göstəricilərini, eyni zamanda markanın alış sektorundakı rolunu, eyni sektorun digər markaları arasında markanın rəqabət qabiliyyətini təhlil ediblər.
Nəticədə mütəxəssislər marka dəyəri 117,784 milyard dollara çatan 9 lüks şirkətin siyahısını hazırlayıblar.
Prada
Prada markasının dəyəri 4.781 milyard dollara çatır. Əvvəlki illə müqayisədə markanın dəyəri 1% azalıb.
2019-cu ildə o, bütün sektorların markalarından ibarət ümumi sıralamada 100-cü yeri tutur.
Burberry
Burberry markasının dəyəri 5.205 milyard dollar təşkil edir, keçən ilə nisbətən onun dəyəri 4% artıb.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada brend 96-cı yeri tutur.
Tiffany & Co.
Tiffany & Co.-nun marka dəyəri 5.335 milyard dollardır və keçən ilə nisbətən dəyəri 5% artıb.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada o, 83-cü yeri tutur.
Dior
Dior markasının dəyəri 6.045 milyard dollar təşkil edir. Bu əvvəlki ilə nisbətən 16% artım deməkdir.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada o, 82-ci yeri tutur.
Cartier
Cartierin marka dəyəri 8,192 milyard dollardır. Bu isə keçən ilə nisbətən onun marka dəyərinin 7% artması deməkdir.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada o, 68-ci yeri tutur.
Gucci
Gucci markasının dəyəri 15.949 milyard dollar təşkil edir, bu rəqəm keçən ilə nisbətən 23% artım deməkdir.
Bütün sektorların markalarından ibarət markaların ümumi sıralamasında o, 2019-cu ildə 33-cü yeri tutur.
Hermes
Hermes markasının dəyəri 17,92 milyard dollar təşkil edir, keçən ilə nisbətən brendin dəyəri 9% artıb.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada o, 28-ci yeri tutur.
Chanel
Chanel markasının dəyəri 22,134 milyard dollar təşkil edir. Brendin dəyəri keçən ilə nisbətən 11% artıb.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada o, 22-ci yeri tutur.
Louis Vuitton
Louis Vuitton markasının dəyəri 32.223 milyard dollar təşkil edir ki, bu da keçən illə müqayisədə 14% artım deməkdir.
Bütün sektorların markalarından ibarət ümumi sıralamada brend 17-ci yeri tutur.