“WhatsApp” qruplara əlavə olunmanı bağlayacaq
Android və iOS istifadəçiləri artıq “WhatsApp” qruplara əlavə olunmanı bağlaya biləcək.
Yeni funksiya vasitəsilə “WhatsApp” istifadəçiləri kimlərin onu qruplara əlavə edib-etməyəcəyini seçə biləcək.
Bu funksiyanın Android istifadəçiləri üçün 2.19.298, iOS istifadəçiləri üçün isə 2.19.110.20 yenilənməsi ilə gələcəyi bildirilir.
Əgər bu yenilənmədən sonra sözügedən funksiya yaranmırsa, “WhatsApp” tətbiqini silib yenidən yükləmək tövsiyə olunur.