TURİZM

2020-ci ildə səyahət olunacaq ən yaxşı ölkələrin siyahısı açıqlandı

“TourStat” səyahət portalı gələn il üçün ən yaxşı səyahət və turizm ölkələrini təqdim edib.

Siyahıda Avropa və Afrikadan üç, Amerikadan iki, Asiya və Karib dənizindən bir ölkə var.

2020-ci ildə səyahət üçün ən yaxşı 10 ölkənin adının olduğu siyahıya Cənubi Asiyadan Butan Krallığı, İngiltərə, Şimali Makedoniya, Karib dənizindən Aruba, Cənubi Afrikadan Esvatini Krallığı (əvvəllər Svazilend), Kosta Rika, Hollandiya, Qərbi Afrikadan Liberiya, Mərakeş və Uruqvay daxil edilib.

Qeyd edək ki, xarici səyahətlər üçün ən yaxşı ölkələrin siyahısı Beynəlxalq Lonely Planet bələdçisi tərəfindən hazırlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)