“Aqrarkredit” BOKT-un verdiyi kreditlərin 9%-nin vaxtı keçib
100% dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli bu il oktyabrın 1-nə 98,883 milyon manat təşkil edib.
ENA.az bu barədə BOKT-a istinadən xəbər verir.
Məlumata görə, bunun 9,1%-i və yaxud 8,959 milyon manatı vaxtı keçmiş kreditlərdir.
“Aqrarkredit” həyata keçirdiyi kreditləşmənin mənbələrini də açıqlayıb. Beləliklə, BOKT-un verdiyi kreditlərin 77,833 milyon manatı və yaxud 78,7%-i öz vəsaiti,16,965 milyon manatı və yaxud 17,15%-i İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti, 3,221 milyon manatı və yaxud 3,25%-i Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, 864 min manatı və yaxud 0,9%-iBeynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) vəsait olub.