Sənaye

Hacıqabulda tikinti materiallarının istehsalı üzrə avadanlıqlar hazırlanacaq

İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanda ilk dəfə tikinti materialları istehsal edən avadanlıqların hazırlanması üzrə müəssisə yaradılacaq.

ENA.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

“Bununla da Azərbaycanda rəqabətqabiliyyətli, yeni və ənənəvi sahələrin inkişafı təmin edilir”, - deyə o qeyd edib.

Bundan başqa, N.Səfərovun sözlərinə görə, hazırda Azərbaycan tikinti materiallarına olan tələbatının 90%-ni qarşılayır: “Sement, kərpic və bir sıra tikinti materialları sahəsində Azərbaycanda özünütəminat səviyyəsi əldə edilib və 90% istehsala nail olunub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department