Zaqatalada baramanın qurudulması üçün məntəqə tikiləcək - 2,8 MİLYONLUQ MÜQAVİLƏ
![](https://ena.az/uploads/news/2019-10/_ena_6cad26a3ed1b637c2c285694f_o.jpg)
Kənd Təsərrüfatı Nazirliyi yaş baramanın qurudulması üçün yığım məntəqələrinin tikintisinə 3 milyon manata yaxın vəsait yönəldəcək.
ENA.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi "Kaizen" MMC ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Zaqatala rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsi tikiləcək.
Müqavilənin məbləği 2 milyon 844 min manatdır.