Volvo öz tarixində ilk dəfə elektrik mühərrikli avtomobilini təqdim etdi
İsveç şirkəti Volvo öz tarixində ilk dəfə tam elektrik mühərrikli kompakt korssover XC40-ı təqdim edib.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda şirkətin özünün yayımladığı press-relizdə deyilib.
Avtomobil, yeni modul platforma CMA (Compact Modular Architecture) üzərində qurulub. XC40-ın adi versiyasından fərqli olaraq, yeni elektrik mühərrikli avtomobil gücləndirilmiş gövdəyə malikdir.
Elektromotorun salonunda karkaslar quraşdırılıb. Bu isə qəza vaxtı qüvvənin paylaşılmasını optimizasiya etmək və insanların travmalarını minimallaşdırmaq məqsədi daşıyır.
Avtomobilin salonunda elektron interfeys olacaq. Bununla sürücülər avtomobil sisteminin işi, batareyanın yükü haqqında məlumat ala biləcəklər.
Avtomobilin batareya gücü 400 km-dən çox məsafəni qət etməyə imkan verir. Sürətli şarj texnologiyası hesabına avtomobil 40 dəqiqəyə 80%-ə qədər batareya yığır.