Ərdoğan “Barış pınarı”nın başa çatması üçün şərti açıqlayıb
“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgüyə yaxşı baxın”.
ENA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib.
Türkiyə Prezidenti antiterror əməliyyatının hədəflərindən və görəcəkləri işlərdən danışıb: “Bu bölgədə bütün plan və işlərimizi gördük, görürük. Türkiyə tarixinin heç bir dönəmində mülki sakinləri qətlə yetirməyib. Bizim inancımız, mədəniyyətimiz və əxlaqımız buna imkan vermir. Bizi qətliamda ittiham edənlərin tarixi mülki sakinlərin qətliamı hadisəsi ilə doludur”.
“Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Bir masaya oturulsa belə bir nəticə əldə edilməyəcəyini bilirik. Bununla bağlı bizi axtarıb, danışıq aparmaq istəyənlərə deyirik: Türkiyənin müttəfiqliyini göz ardına alıb, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədən bu gecə bütün terrorçuların çıxmasıdır. Onda bizim “Barış pınarı” aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik. Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km–lik ərazini terrorçulardan təmizlədik”, - Türkiyə Prezidenti bildirib.
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyalarına münasibət bildirərək, qarşı tərəfi siyasətdən xəbərsizlikdə ittiham edib: “Siyasət emosionallıq deyil, insan və ölkəni idarəetmə sənətidir”.