Sosial iqtisadiyyat

“Karmen”dən unun bahalaşması xəbərlərinə - REAKSİYA

Bəzi Kütləvi İnformasiya Vasitələrində “Karmen” ununun qiymətinin artması ilə bağlı məlumatlar yer alıb. Xəbərlərdə deyilir ki, şirkət 50 kiloqramlıq kisələrdə olan unu 28 manata satır.

“Karmen” şirkəti bununla bağlı açıqlama yayaraq məlumatın yalan olduğunu bildirib. Qeyd edilib ki, 50 kq-lıq kisələrdə “Karmen” unu 23.30 manata satışa çıxarılıb.

Məlumatda həmçinin qeyd olunur ki, qiymətlər sonuncu dəfə bir ay əvvəl endirilib. 

Şirkət həmçinin dəqiqləşdirilməmiş məlumat yayan media qurumlarını da qınayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department