“Premium Bank”a sədr təyin edilib
“Premium Bank” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
ENA.az xəbər verir ki, bu, indiyə qədər sədri əvəz edən İH-nin üzvü və Maliyyə departamentinin direktoru Mahir Nəcəfovdur.
O, yeni vəzifəsində Mahir Əhmədovu əvəz edib.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.