“ASB Bank”da yeni - TƏYİNAT
“Azersun Holding”ə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) departamentlərindən birinə yeni direktor təyin edilib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, ASB Bankın İnsan Resursları (HR) Departamentinə rəhbər kimi Emil Ağazadə təyin edilib və o bu vəzifə səlahiyyətlərini artıq bu aydan başlayaraq icra edəcək.
Emil Ağazadə 3 ildən çox idi ki, bu banka yaxın sığorta şirkəti – Azərbaycan Sənaye Sığorta ASC-də Satış və Adminstrativ İdarəetmə Departamentinin direktoru kimi çalışırdı. Daha əvvəl isə “Azersun Holding” MMC-də insan resurslar sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.