BİZNES

"Azərbaycanla Türkiyə arasında güzəştli ticarət haqqında saziş layihəsi hazırlanır"

Azərbaycanla Türkiyə arasında preferensial (güzəştli) ticarət haqqında saziş layihəsi hazırlanır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

"Qeyd olunan məsələyə dair Türkiyə ilə Azərbaycan arasında Naxçıvanla bağlı razılaşma əldə olunub və bu çərçivədə Naxçıvan məhsulları Türkiyəyə ixrac olunacaq",  nazir müavini deyib.

Preferensiya - bir dövlətin digərinə idxal gömrük rüsumları dərəcələrinin azalması üzrə verdiyi xüsusi güzəştlərdir. Belə güzəştlərin tətbiqi milli istehsal mallarının xarici bazarlara çıxarılmasını əhəmiyyətli dərəcədə artıra bilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)