Türkiyə Suriyada əməliyyatlara başladı
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.
“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O əməliyyatının adının “Barış pınarı” olduğunu bəyan edib. R.T.Ərdoğan qeyd edib ki, bu hərbi əməliyyatlarla təhlükəsizlik bölgəsi formalaşdırılacaq.
“Suriyalı qaçqınların ölkələrinə geri qayıtmaları təşkil olunacaq”, - deyə R.T.Ərdoğan əlavə edib.