ENA+

Rəsmi Pekin ABŞ-a xəbərdarlıq edib

Rəsmi Pekin Çinin Sincan Uyğur Muxtar Rayonunda insan haqlarının pozulması adı ilə Çinin 28 şirkətini qara siyahıya salmaq planına görə ABŞ-a sərt etirazını bildirib.

ENA.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan oktyabrın 8-də keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların belə əsassız iddialarının yolverilməz olduğunu, bu addımın beynəlxalq hüququn əsas normalarının ciddi şəkildə pozulması və Çinin daxili işlərinə kobud müdaxilə hesab etdiklərini deyib.

"Sincan Uyğur Muxtar Rayonunda qondarma insan haqları problemi yoxdur. ABŞ-ın bu ittihamları isə sadəcə, Çinin daxili işlərinə müdaxilə üçün bilərəkdən yaradılmış bəhanədir", - deyə Qen Şuan bildirib.

Çin XİN rəsmisi ABŞ-ın Çinin terrorizmə qarşı legitim fəaliyyətinə olan yanlış mövqeyini dərhal düzəltməyə çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)