Sosial iqtisadiyyat

Azərbaycanda miqrantlara verilən iş icazəsindən əldə olunan vəsaitin məbləği açıqlanıb

Azərbaycanda işləyən miqrantların ödədiyi rüsum əsasında hər il büdcəyə ən azı 5 min manat daxil olur.

ENA.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun dediyinə görə, ölkəmizdə işləyən əməkçi miqrantlarla bağlı hər il kvota müəyyən edilir. Bu il üçün müəyyən olunan kvaota 6815 nəfərdir. Hazırda bu kvotanın 70 faizi həcmində əməkçi miqrant kvpta üçün müraciət edib, bu rəqəm təxminən 4500 ətrafındadır.

Başqa sözlə bu qədər miqranta iş icazələri verilib. "Nəzərə almaq lazımdır ki, bu rəsmi iş icazəsi alanların sayıdır, ancaq qeyri-rəsmi işləyənlərin sayı da kifayət qədər çoxdur. Azərbaycan vətəndaşı ilə rəsmi nikahı olan və 5 illik yaşamaq icazəsi olanlar da Azərbaycanda sərbəst şəkildə işləyə bilir. Qeyd edək ki, bir illik iş icazəsinin rəsmi qiyməti 1000 AZN təşkil edir. İş icazəsi alanlar daha çox neft-qaz və emal sahələrində çalışanlardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department