Tenderlər

“Aqrolizinq”dən 3,7 milyon manatlıq satınalma

“Aqrolizinq” pestisidlərin satınalınmasına dair 3 mln. 669 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.

Məlumata görə, pambıq, meyvə bağları və çəltik üçün pestisidlərin satınalınmasına dair "Longmar Netvorks LTD" ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 mln. 363 min manatdır.

İkinci müqavilə taxılçılıq üçün pestisidlərin satınalınmasına dair "EMA" MMC ilə imzalanıb. Müqavilənin dəyəri – 2 mln. 305 min manatdır.

“Aqrolizinq” ASC 2004-cu ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)