Hərbi əməliyyat başladı: Türkiyə sərhəddi keçdi
Türkiyənin Fıratın şərqi istiqamətində dünənki əməliyyatından sonra amerikalı əsgərlərin Tel Abyad və Rasulayndakı müşahidə nöqtələrindən çəkilməsi rəsmi olaraq təsdiqləndi.
Türk hərbi birliklərinin hazırda Jarablus istiqamətindən zirehli maşınlarla sərhəd xəttini keçdiyi bildirildi. ENA.az türk mətbuatına istinadən xəbər verir ki, əldə edilən məlumata görə Suriyanın şimalındakı tarlada hərbi hərəkətlilik yaşanır. Fıratın şərqində gözlənilən əməliyyat üçün əsgərlərin Münbiçə doğru irəlilədiyi söylənilir. Türkiyə Hərbi Hava Qüvvələri İraq-Suriya sərhədində patrul-kəşfiyyat və nəzarət uçuşlarını artırdı.
CƏBHƏ XƏTTİNƏ HƏRBİ QÜVVƏLƏR GÖNDƏRİLİR
Türk Silahlı Qüvvələri tərəfindən Suriya sərhədindəki hərbi birliklərə komando və zirehli personal daşıyıcı qüvvələrinin sıraları möhkəmləndirilib. Türkiyənin fərqli şəhərlərindəki birliklərdən daha əvvəl Hataya göndərilən hərbi qüvvələr təhlükəsizlik tədbirləri altında Kilis şəhər mərkəzindən keçərək sərhəd xəttinə doğru irəlilədi.
İki gün əvvələ qədər Türkiyə tərəfdən ola biləcək bir əməliyyatını qarşısını almaq üçün sərhədə əlavə qüvvələr göndərən ABŞ prezidenti, prezident Ərdoğanla görüşündən sonra geri addım atdı.
Görüşmə ilə bağlı Ağ Evdən edilən şərhdə, "Türkiyə, yaxın zamanda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri, bu əməliyyatı dəstəkləməyəcək, ya da bu əməliyyata daxil olmayacaq", demişdi.
Tramp soruşmadan qərar verdi
ABŞ mediası, Prezident Trumpın Müdafiə Nazirliyindən (Pentaqon) soruşmadan bu qərarı aldığını və həmin bölgədəki hərbi üvvələrinin “uzaqlaşması”na əmr verdiyini iddia edir.
RƏHBƏRDƏ PENTAGON
Ağ Evdən saatlar əvvəl sualları cavablandıran Pentaqon sözçüsü Mayor Sean Robertson "Türkiyənin koordinasiyasız edə biləcəyi hər hansı bir hərbi hücum bizdə böyük narahatlıqlara səbəb olacaq, çünki belə bir vəziyyət Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar ortaq maraqlarımıza zərər verir", dedi.
Ağ Evin açıqlamadan sonra ABŞ əsgərləri Türkiyənin əməliyyat təşkil etdiyi bölgələrdən çəkilməyə başladı. Əvvəlcə Tel Abyad və Rəsulayndakı müşahidə nöqtələri səhər saatlarında təxliyə edildi. ABŞ əsgərləri və zirehli texnikaları 30 kilometr çəkilərək Ayn İsaya tərəf yönəldi. Bəzi beynəlxalq KİV-lərin yaydığı fotolar müşahidə məntəqələrinin təxliyə olunduğunu açıq şəkildə göstərdi.
Prezident Ərdoğan, “Bir gecə birdən gələ biləcəyimizi söylədik və qətiyyətimiz davam edir. Çünki terror təşkilatlarının ölkəmizə qarşı bu təhdidlərini bir daha qəbul etməyimiz mümkün deyil", söylədi.