ENA+

Rusiyalı milyarder insanların başına pul səpdi – VİDEO

Rusiyalı milyarder İqor Rıbakov Sankt-Peterburqda biznes-foruma toplaşanların başına 20 min dollar səpib.

Əskinasların hamısı 1 dollar dəyərində olub.

“Atam mənə nə vaxtsa 1 dollar hədiyyə edərək onu çoxaldıb paylaşmağı xahiş edib. Mən də bunu etdim. Bu əskinas biznes aləminə simvolik biletdir”, – deyə oliqarx vurğulayıb.

O bildirib ki, bu insanların gələcək rifahına bir investisiyadır.

Qeyd edək ki, Rıbakovun biznes-forumda çıxışının qonorarı 200 min dollar təşkil edib. O bu məbləğin 10 faizini insanlara qaytarmağa qərar verib və bunu özünəməxsus tərzdə həyata keçirib.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)