Azərbaycanda "halal internet" başlayır - YENİLİK
Gələn il, 1 Yanvar tarixdən etibarən provayderlər “halal internet” xidməti göstərməyə, TV-lər də verilişlərə yaş məhdudiyyətinin tətbiqinə hazır olmalıdır.
1 yavnar 2020-ci il tarixdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minir. Bu Qanuna uyğun olaraq Telekommunikasiya haqqında Qanuna da əlavələr edilib. Bu əlavəyə görə hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.
Yəni, bütün Provayderlər , təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir.
Əgər valideyn halal internet istəyirsə provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq.
Təbii ki bu məqsədlə provayderlər öz sistemlərində FİLTRASİYA(SÜZGƏC) sistemi qurmalıdırlar. Hnası ki hazırda ölkənin təhsil sistemində bu tip SÜZGƏC sistemi fəaliyyət göstərir.
Bunun xərcini kim ödəyəcək ? Hələlik bu məsələ açıq qalır .
Yeri gəlmişkən, adı çəkilən Qanunvericiliyə görə gələn ildən TV-lər də yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsinə hazır olmalıdır .
Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq. TV-lər indidən buna hazır olmalıdırlar. İndiyədək TV-lərdə formalaşan informasiya məhsulları ekspertizadan keçirilməli və yaşa görə işarələnməlidir.
Eyni zamanda , adı çəkilən Qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar.
Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti