Azərbaycan ərzaq buğdasına olan tələbatının 62%-ni ödəyir
Hazırda Azərbaycanın ərzaq buğdasına olan tələbatının 62%-i yerli istehsal hesabına ödənilir.
Bu barədə jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə məlumat verib.
Bununla belə, onun sözlərinə görə, hökumət bu göstərici ilə qane olmaq istəmir və təminetmə faizini artırmaq istəyir: “Bunun üçün hər il buğda istehsalının 200 min ton artırılması nəzərdə tutulub”.