Azərbaycanlı milyarder neçə milyard dollar qazanıb?

“LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın 500 ən zəngin insanının siyahısında yer alıb.
ENA.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in (BBI) yeni hesabatında bildirilib.
V.Ələkbərov 18.9 milyard dollarla 49-cu yerdə qərarlaşıb. V.Ələkbərov 2019-cu ilin əvvəlindən bu yana 2.87 milyard dollar pul qazanıb.
Siyahıya liderliyi isə amerikalı Ceff Bezos edir. Onun sərvəti 108 milyard dollardır.
Sonrakı dörd yer isə belədir: Bil Qeyts (106 milyard dollar), Bernard Arnault (91.9 milyard dollar), Varren Buffet (81.5 milyard dollar) və Mark Zukerberq (68.1 milyard dollar).