Məhkəmə qərarlarının icrası ilə bağlı özəl icra mexanizmləri yaradılacaq - YENİLİK
Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı özəl icra mexanizmləri öyrənilir.
Bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr” adlı görüşdə Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.
V. Səmədzadə deyib ki, bu istiqamətdə işlər görülür, qanunvericilik aktları hazırlanır.