Xırdalan və Masazır işıqsız qalacaq

Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq 06 noyabr 2018-ci il tarixində saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
"BI" xəbər verir ki, yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.