Gömrük Komitəsi avtomobillərinin təmirinə 266 min manat xərcləyəcək
Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin avtomobillərin təmiri, onlara ehtiyyat hissələrinin və sürtgü materiallarının alınması və dəyişdirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.
Tenderin qalibi “İdeal Motors” MMC olub.
Qalib şirkətə 265 683 manat ödəniləcək.