“AccessBank” sədri Palatanın müəyyən etdiyi qiymətdən narazıdır
“Maliyyə Bazarlarına Nəzarət Palatasının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə bir girov barədə məlumatın daxil edilməsi haqqı 10 manatdır. Bu göstərici hər müştəri üzrə isə orta hesabla 30 manat təşkil edir”.
Bunu “Access Bank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov Bakıda keçirilən “Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri” layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, bu rəqəm bankların kredit portfelinə nisbətdə çoxdur.