Vakansiyalar

Grand Agro MMC işçi axtarır - VAKANSİYA

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28    May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Maliyyə üzrə Baş Mütəxəssis

Vəzifə öhdəlikləri

-       Şirkətin məqsədləri, cari gəlir və xərclər, əməliyyat planlarına uyğun Büdcələrin, strateji planların, rüblük proqnozların hazırlanması və təhlili,
-       Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək
-       Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq və emal etmək
-       Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq və uyğunluğu barədə rəy vermək, həmçinin bu əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını ( gəlir, xərc, pul vəsaitinin idarəolunması) təhlili
-       Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq
-       Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək
-       Aylıq, Rüblük və İllik maliyyə hesabatlarının hazırlanması
-       Maliyyə Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək
-       Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək
-       Kənar auditorların məlumat təminatında iştirak etmək;

Tələb olunan təhsil və biliklər:

- Ali ( Mühasibat uçotu və Audit , İqtisadiyyat, Menecment ixtisasları)
- ACCA / CİMA / CFA/ CPA / və ya əlaqədar sertifikatlar
- Minimum 3 -5 il  (Müvafiq sahədə 2 il )
- Azərbaycan Dili ,İngilis dili
- Məsuliyyətli, təmkinli və diqqətli

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Maliyyə üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department