Azərbaycan vətəndaşlarının 73,30 faizi Prezidentin fəaliyyətindən tam razıdır - SORĞU
Sosial Tədqiqatlar Mərkəzi (STM) Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayb.
Sorğuda iştirak edənlərə "Ölkə prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır fikri ilə nə dərəcədə razısınız" sualı ünvanlanıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 73,30 faizi bununla tam razı olduğunu, 20,30 faizi əsasən razılığını, 3 faizi əsasən razı olmadığını və 3,4 faizi isə heç razı olmadığını bildirib.