ENA+

Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının boş qalan Baş katibi postuna belaruslu general-mayor Stanislav Zasın təyinatı gündəmdədir.

"BI" Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yekun qərar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı liderlərinin 8 noyabr tarixli görüşündə müzakirə olunacaq.

 “Yekun qərar noyabrın 8-də qəbul olunacaq. İntriqa ondadır ki, boş qalan vakansiyaya Ermənistan da iddialıdır. Belə ki, Baş katib postu rotasiya qaydası ilə 3 illik müddətə Ermənistana verilmişdi. Lakin Baş katib Yuri Xaçaturov yalnız 1,5 il bu postda çalışdıqdan sonra vətənində müxtəlif cinayətlərdə ittiham olunaraq postundan geri çağırılmışdı”-deyə qəzet yazır.

Maraqlıdır ki, Vladislav Zas 1985-ci ildə Bakı Ümumqoşun Komandirlər Məktəbini bitirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)