Neft Fondunun üçillik maliyyə fəaliyyətinin auditini aparacaq şirkət müəyyənləşib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.
ARDNF-dən “ENA”ya verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “PraysvoterhausKupers Audit Azərbaycan”şirkəti müsabiqənin qalibi müəyyən edilib və Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.