BİZNES

Azərbaycanlı milyarder S.Ərəbistanında baş verənlərdən 552 milyon dollar qazandı

Rusiyanın milyarderləri Vahid Ələkbərov (“Lukoyl”) və Leonid Mixelson (“NOVATEK”) neft tədarükü ilə bağlı yaranmış böhrandan yarım milyard dollar qazanıblar.

Bu haqda Forbes yazır.

“Vahid Ələkbərovun kapitalı təxminən 552 milyon dollar artıb”, – nəşriyyat məlumat verir. Mixelsonun kapitalı isə 562 milyon dollar artıb. Reytinqə NOVATEK və “Sibur” un direktorlar şurasının üzvü Gennadiy Timçenko da daxil olmuşdur (artım 553 milyon dollar təşkil edib). O, həmçinin “Stroytransqaz” və “Transoyl” neft şirkətlərində səhmlərə sahibdir.

Nəşriyyat rusların maliyyə uğurlarının səbəbini Səudiyyə Ərəbistandakı böhran səbəbindən neft qiymətlərinin artması ilə əlaqələndirir.

Bu arada, tanınmış iqtisadi analitik və “RusEnergy” konsaltinq şirkətinin ortağı Mixail Krutixin bildirib ki, Rusiyadakı bəzi dairələr Səudiyyə Ərəbistanına ediləcək hücum barədə məlumatlı olublar.

“Biz düşünürük ki, Rusiyada yaxınlaşan hücum barədə məlumatlı olan biri olub. Bir gün əvvəl ayın 11-i bir şəxs və ya bir neçə şəxs Rusiya birjasında neft fyuçerslərini almağa başlayıb. Nəzarətin olduğu digər ölkələrdə bu, dərhal istintaqın aparılmasına səbəb olardı. İnsayder məlumatlarının istifadəsi qadağandır, xüsusinə də bu cinayət haqqında insayderi məlumatlar. Rusiyada bu heç vaxt araşdırılmır, baxmayaraq ki, belə hallar çox olub”, – deyə analitik qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)