Bank əməkdaşlarının maaşı üçün növbədənkənar iclas çağırdı
“AFB Bank” ASC-nin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırıb.
ENA.az Bankın Bildirişinə istinadən xəbər verir ki, 20 Oktyabr 2019-cu il tarixində keçiriləcək iclasın gündəliyinə "Bankın əməkdaşlarının əməkhaqqı miqdarına baxılması barədə" və "digər məsələlər" daxildir.
İclas “AFB Bank”ın Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş inzibati binasında keçiriləcək.
31.12.2018-cı il tarixində "AFB Bank" 238 nəfər işçiyə malik olub.
"AFB Bank"ın səhmdarları Hikmət İsmayılov (99,64%), Cəmil Muradov (0,18%) və Əkbər Abdullayevdir (0,18%).