İnşaat və əmlak

Ən çox tikinti Bakının hansı rayonunda aparılıb? – SİYAHI, MƏBLƏĞLƏR

2018-ci ilin yanvar-sentyabr aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait ötən ilə nisbətən azalıb.

Bİ.az Bakı şəhər Statistika İdarəsi istinadən xəbər verir ki, ilk 9 ayda həmin vəsaitin həcmi 6 milyard 919 milyon manata yaxın olub. Bu məbləğ 2017-ci ilin eyni  dövrü ilə müqayisədə 19,1% azdır.

Ümumi sərmayənin 38,6%-i dövlət, 61,4%-i özəl sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilən vəsaitlərin  60,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Ümumi inşaat işlərinin böyük hissəsini - 82%-i məhz özəl tikinti şirkətləri  yerinə yetiriblər.

 

2018-ci ilin yanvar-sentyabr aylarında həyata keçirilən inşaat işlərinin 68,9 %-i tikinti, yenidənqurma və genişləndirmə, 7%-i əsaslı təmir, 4,8 %-i cari təmir, 19,3% -i isə digər tikinti işləri təşkil edib.

 

İlk 9 ayda Bakıda  ən çox tikinti  işləri Nəsimi rayonunda aparılıb. Həmin dövrdə bu rayonda aparılan inşaat işlərinin dəyəri  987 milyon 371 min manata yaxın olub.

 

Siyahıda ikinci yerdə 778 milyon 901,6 min manatla Xətai rayonu dayanır. Nərimanov rayonunda həyata keçirilən inşaat işlərinin ümumi dəyəri isə 540 milyon 150,4 min manat təşkil edib.

 

Tikinti işlərinin ən az aparıldığı rayon isə Pirallahıdır. Burada cəmi 3 300 manatlıq inşaat həyata keçirilib.

 

2018-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri

 

 

 

Cəmi

min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Bakı şəhəri cəmi 

       4 269 844,0

102,4

    o cümlədən rayonlar:

Binəqədi

361 072,1

2,2 d.

Xətai

778 901,6

113,0

Xəzər

71 114,0

79,5

Qaradağ

145 234,1

31,7

Nərimanov

540 150,4

150,4

Nəsimi

987 370,8

118,8

Nizami

190 850,7

173,1

Pirallahı

3,3

х

Sabunçu

97 502,1

108,3

Səbail

519 580,5

53,9

Suraxanı

46 780,4

117,2

Yasamal

531 284,0

141,1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department