Bank

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə dövriyyədə olan notlarının həcmi 670 mln. manat təşkil edib.

ENA.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 338,3 mln. manat və ya 33,5%, ötən ilin analoji dövrünə nisbətən 380 mln. manat və ya 36,2%, son bir həftə ərzində isə 30 mln. manat və ya 4,3% azalıb.

Not üzrə faiz dərəcəsi dəyişməyərək 6,76% səviyyəsində qalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department