MALİYYƏ

Hərraclarda dollar satışı yenidən artıb - AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankdan təşkil olunan valyuta hərraclarınbda 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

"BI" xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. Beləliklə, Oktyabrda Sentyabr ayı ilə müqayisədə valyuta satışı 94,8 milyon dollar və ya 24% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)