Palata təlimə 36 min manat xərcləyəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əməkdaşlarının fərdi və qrup şəklində təlim keçməsi üçün elan etdiyi kotirovka sorğusunun nəticəsi məlum olub.
Sorğunun qalibi “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) olub.
Bu məqsədlə MBNP ABTM-yə 36 020 manat ödəyəcək.