Bank

Pulumu hansı banka əmanət yatırsam daha çox qazanaram?- HAZIRKI FAİZLƏR

“Hansı bank əmanətçiyə daha yüksək faiz təklif edir?” sualını tez-tez verənlər çox olur. “BI” 05 Noyabr 2018-ci il tarixinə bankların 12 ay müddətinə Manat əmanəti faizlərini təqdim edir.

Bankların saytarında verilən məlumatlara görə, hazırda ən yüksək əmanət faizləri NBC Bank, Amrahbank, Muğanbank, AtaBank, AGBank, Bank of Baku və Unibankdadır.

Qeyd 1.Aşağıdakı cədvəldə - faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 il (12 ay) üçün Manat əmanəti faizləri göstərilib. Cədvəldə göstərilən faiz intervalında, aşağı faiz “faiz hər ay ödənildikdə”, yuxarı faiz isə “müddətin sonunda ödənildikdə” şərti üçün üçün təklif edilən faizdir.

 

Qeyd 2. Bir sıra banklar əmanətin məbləğindən asılı olaraq müştəriyə hədiyyələr (plastik kart, telefon və s.) və imtiyazlar (aşağı faizlə, zaminsiz kredit) təqdim edir.

Bankı adı

20.02.2018

05.11.2018

Access Bank

9,3%-10% 

10,3% -11%

AFB Bank

7%

7%

AGBank

11%-12%

11%-12%

Amrahbank

9-10%

12-12,5%

AtaBank

9,5 %-10,5%

10,25 -12,25

Azər Türk Bank

7.0%-7,5%

7.0%-7,5%

Azərbaycan Beynəlxalq Bankı

9%-9.5%

7.5%-8%

Azərbaycan Sənaye Bankı

12%

8%-10%

Bank Avrasiya

9-10%

9-10%

Bank of Baku

12%

11-12%

Bank BTB

 11-12%

10-11%

Bank Respublika

8,5%-9%

10-10.5%

Bank Silk Way

2 %(minimal 500 min AZN)

2 % (Əmanətin minimal məbləği 500 000 AZN olmalıdır)

Bank VTB (Azərbaycan)

8%

 10%-10.5%

Expressbank

10,0%-10,4%

10%-10,4%

Günay Bank

9-10 %

9-11%

Kapital Bank

7-7,5%

7-7,5%

Muğanbank

12,5 %-12,75

12,5 % -12,75 %

Naxçıvanbank

2-4%

2-4%

NBCBank

11-13%

11%-13%

Nikoil Bank

10-11%

10%-10.5%

Paşa Bank

Min 30 min, Razılaşma ilə,

Min 30 min manat, Faiz dərəcəsi razılaşma əsasında təyin edilir

Rabitəbank

7-9%

  8%-10%

TuranBank

11%- 11.4%

11%- 11.4%

Unibank

5 %-9%

10%+2% bonus

Xalq Bank

6%

6%

Yapı Kredi Bank Azərbaycan

8%

6.5%--7.5%

Ziraat Bank Azərbaycan

8,5-9%

5,25%-6%

“Bank Melli İran” 

8%-10% (minimum 5000 AZN)

5%-6%

(minimum 5000 AZN)

 

-12-aydan uzun müddətə (18, 24 və 36 ay) yerləşdirilən əmanələr üzrə faizlər cədvəldəki faizlərdən təxminən  1-2% daha yüksək olur.

-Banklarda illik maksimum 15 faizlə qəbul olunmuş əmanətlər qorunan əmanət hesab olunur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)